"Dərman qıtlığının əsas səbəblərdən biri beynəlxalq bazarda baş verən qeyri-stabillikdir”.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında səhiyyə nazirinin müavini Rasim İsmayılov deyib.
Nazir müavini bildirib ki, bəzən istehsalçılar öz öhdəliklərini qismən və ya ümumiyyətlə icra etmir: “Bundan başqa, qüvvədə olan tənzimlənməyə dair qanunverciliyin günün tələblərinə cavab verməməsi də əsas amillərdəndir. Son zamanlar bu sahədə baş verən stabilləşmə yerli idxalçıların işinə müsbət təsir edir”.
O qeyd edib ki, dərmanların qiymətinin Tarif Şurası tərəfindən tənzimlənməsi bu gün ən yaxşı həll yoludur.
Anar Kəlbiyev