"Şəxsi istifadə üçün gətirilən dərmanların apteklərdə satılması faktı olsa belə, bu çox cüzi saydadır".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

“Bu da ölkədə satılan dərmanların keyfiyyət və qiymətinə təsr edən amil deyil. Əgər, keyfiyyətsiz, qeydiyyatsız dərman gəlirsə, bunun hansı yolla gətirilməsini araşdırmaq lazımdır. Əgər vətəndaş xaricə gedib 3-5 qutu dərman gətirirsə, bu satış üçün yox şəxsi istifadə üçündür”, - deyə komitə sədri bildirib.

Anar Kəlbiyev