İyulun 7-si tarixində SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) Konqres zalında növbəti Məzun Günü tədbiri keçiriləcək.
Bu barədə "Unikal"a BANM-ın mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, həmin gün Ali Məktəbin 2022/2023-cü tədris ili üzrə məzunlarına diplomları təqdim ediləcək.
Qeyd edək ki, Bakı Ali Neft Məktəbi ölkədə Məzun Günündə diplomları təqdim edən yeganə ali məktəbdir.