“Elə müəllim var ki, çubuqlu bölməni edə bilmir”.

“Unikal” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: peşəkar müəllim-keyfiyyətli təhsil" adlı tədbirdə respublika üzrə sertifikasiya imtahanında yüksək nəticə göstərən müəllimlərlə görüşündə çıxışı zamanı deyib.

“Bu gün ən ucqar kəndə gedən ibtidai sinif müəllimi də hazırlıqlı müəllimdir. Tam məsuliyyətimlə deyirəm, son 3-4 ildə riyaziyyat müəllimi kimi məktəbə getmiş adamın məktəb riyaziyyatı ilə problemi olmayacaq. Lakin elə müəllim var ki, çubuqlu bölməni edə bilmir. Belə müəllimlərin sayı çox deyil. Söhbət 5-6 faizdən gedir. Bəzi yerlərdə daha çoxdur, bəzi yerlərdə daha azdır”, - deyə nazir bildirib. 

Nuranə Abbasova