SOCAR “Azəriqaz” İB-nin “Səyyar qəbul otağı” Saatlı rayonunda təşkil olunub.

"Unikal" xəbər verir ki, mikrofon önünə çıxan abonentlər 10-dan çox müraciət ünvanlayıblar. Əsasən Varxan kəndinin sakinlərinin qatıldığı aksiyada qaz xəttinin yerinin dəyişdirilməsi, debitor borcun araşdırılması, uçotu pozulmuş təbii qaz sərfiyyatının silinməsi kimi müraciətlər səsləndirilib.

Bundan başqa aksiya iştirakçıları tərəfindən məlumat verilib ki, qeyd edilən kəndin küçə qaz xətlərinin birində sızma halı yaşanır. Salyan RQİİ-nin rəhbər şəxsləri tərəfindən səsləndirilən problem və təkliflərin araşdırılması üçün tapşırıqlar verilib.