Finlandiyanın Tampere şəhərində keçirilən Veteranların Avropa Oyunlarında ölkəmizi təmsil edən ASAPES-in “Kütləvi sağlamlıq idman növləri” kafedrasının atletika müəllimi Sadıq Sadıqov 65 yaşlı kişilər kateqoriyasında 1500 metr məsafəyə qaçışda qızıl medal qazanıb.

Bu barədə "Unikal"a ASAPES-in mətbuat xidmətindən məlumat verilib. 

Bildirilir ki, Sadıq Sadıqov həmçinin 400 metr məsafəyə qaçışda 2-ci yeri tutub.