“Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.

"Unikal" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı qanunu imzalayıb.

Dəyişikliyə əsasən, “Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 17.1-ci maddəsindən “himayədar ailə,” sözləri çıxarılıb.