Lüksemburqun yüksək səviyyəli rəsmiləri, o cümlədən baş nazir Ksavye  Bettel və xarici işlər naziri Jan Asselborn NATO sammitinə Britaniyanın “Depeche Mode” qrupunun loqosu olan təyyarə ilə gediblər. 

“Unikal” xəbər verir ki, bu barədə “Politico” yazıb. Nəşrin məlumatına görə, bu lövhədən musiqiçilər hələ də davam edən yeni "Momento Mori" albomunun buraxılışına həsr olunmuş dünya turu zamanı istifadə ediblər.

Dövlət rəsmiləri "böyük qırmızı kəllə" – “Depeche Mode”un loqosu olan təyyarə ilə gələndə mətbuat nümayəndələri çox təəccübləniblər.

Məlum olub ki, Lüksemburq Ordusu Avropa Hava Nəqliyyatı Komandanlığı vasitəsilə uçuş sifariş etməyə çalışıb. Lakin onların sadəcə olaraq böyük beynəlxalq tədbirlər üçün kifayət qədər şəxsi təyyarələri olmayıb. Buna görə də Lüksemburq rəsmiləri daha münasib qiymətə təyyarə icarəyə götürməli olublar. 

Nuranə Abbasova