G7 ölkələri Ukraynanı müasir silahlarla təmin etməyi öhdəsinə götürməyi planlaşdırır.

“Unikal” xəbər verir ki, bu barədə İtaliyanın “Sole 24 Ore” qəzeti G7 liderlərinin Ukraynaya təhlükəsizlik zəmanətləri ilə bağlı bəyanatına istinadən məlumat yayıb.

Bəyanatda qeyd olunur ki, assosiasiya ölkələri Kiyevi quruda, dənizdə və havada istifadə oluna bilən silahlarla təmin edəcək. Prioritet hava hücumundan müdafiə, artilleriya, döyüş təyyarələri, zirehli texnika və uzaqmənzilli silahlardır.

Eyni zamanda, G7 elan etmək niyyətindədir ki, Moskva “döyüş əməliyyatları zamanı” vurduğu zərəri kompensasiya edənə qədər Rusiya Federasiyasının aktivlərini dondurmayacaqlar.

Nuranə Abbasova