İsveçin Helsinqborq şəhərində NATO nizamnaməsinin yandırılması ilə bağlı nümayiş insidentsiz başa çatıb.

"Unikal" “Helsingborgs Dagblad” nəşrinə istinadən xəbər verir ki, çox sayda polis əməkdaşı aksiyanı kənardan izləyib.

Qeyd edək bir müddət əvvəl aksiyanın təşkilatçısı 29 yaşlı Lukas Junqkvist “müqəddəs mətnlərin yandırılması ilə nümayiş” üçün müraciət edib. O, sonradan hamısından üzr istəyib və Quran əvəzinə NATO nizamnaməsini yandıracağını bildirib.