Yolun hər iki tərəfində piyada keçidi olmasına baxmayaraq, keçiddən istifadə etməyən piyadanı avtomobil vurub.

"Unikal" xəbər verir ki, yol-nəqliyyat hadisəsi bu gün səhər saatlarında Səbail rayonu, Bülbül prospektində, ”Sahil” metrostansiyasının yaxınlığında baş verib. Təəssüf ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, vətəndaşların bəziləri hələ də piyada keçidlərindən istifadə etmirlər.

Nəticədə də həyatlarını təhlükəyə atırlar.