Ermənistan Baş naziri Nikol Paşinyan Belçikaya səfər edib.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, o, əvvəlcə Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə görüşəcək, daha sonra Azərbaycan Prezidenti İlham Əliyevin də iştirakı ilə üçtərəfli görüşə qatılacaq.

Qeyd edək ki, Mişel artıq İlham Əliyevlə görüşüb.