Rusiya müharibə qənimətlərini hərbi dəstək müqabilində İrana göndərir.

"Unikal" xəbər verir ki, “The Jamestown Foundation” nəşrinin son hesabatında Rusiyanın PUA alması müqabilində İrana döyüş qənimətləri göndərdiyini açıqlayıb. 

Hesabatda İslam Respublikası ilə Rusiya arasında Uykraynaya qarşı müharibədə əməkdaşlığın daha bir hissəsi açıqlanıb. Araşdırma fondunun dərc etdiyi hesabata görə, Ukrayna ilə müharibədə İranın hərbi dəstəyi qarşılığında Rusiya Tehrana qabaqcıl Qərb silahlarını, o cümlədən müharibədə ələ keçirdiyi “Javelin” tank əleyhinə raketləri və “Stinger” zenit sistemlərini göndərir. 

Bu müharibə qənimətləri İran üçün strateji əhəmiyyət kəsb edir. Bundan əlavə, İslam Respublikasının bu cür sistemləri əldə etməsi, ona bağlı qüvvələrin, məsələn SEPAH-ın təlim keçdiyi və silahlarla təhciz etdiyi Lizan Hizbullahının texniki bacarıqlarını gücləndirəcək.