Ankarada axşam saatlarında yük maşınının EGO avtobusuna arxadan çırpılması nəticəsində baş verən qəzada 12 nəfər yaralanıb.

"Unikal" xəbər verir ki, qəza axşam saatlarında Ankara-Eskişehir yolunun Polatlı istiqamətində baş verib. Hadisədə 06 BU 7062 dövlət nömrə nişanlı EGO avtobusuna arxadan çırpılan yük maşınının sürücüsü CY (54) ağır yaralanıb. Avtobusda olan 10 sərnişin və sürücü yüngül xəsarətlərlə xilas edilib.

Qəzadan sonra bağlanan yolda uzun avtomobil növbələri yaranıb. Ətrafdakı vətəndaşların xəbəri üzərinə hadisə yerinə çox sayda sağlamlıq, jandarma və xilasetmə qrupları sövq edilib.