Yayın gəlişi ilə bütün Türkiyə ərazisində havaların temperaturu yüksəlib. 

"Unikal" xəbər verir ki, İstanbulda “Çıxmayın” xəbərdarlığı edilərkən, Cənub-Şərq bölgəsində vətəndaşlar çox çətin anlar yaşayıb.

Belə ki,  45 dərəcə isti ilə mübarizə aparan Şanlıurfa sakini günəşə daş atıb. 

“Bizi məhv etdin günəş” deyərək günəşə daş atan şəxsin görüntüləri sosial mediada gündəm olub.