Rusiya Federal Təhlükəsizlik Xidməti “Rossiya Seqodnya” media qrupunun və RT televiziyasının baş redaktoru Marqarita Simonyan və jurnalist Kseniya Sobçaka qarşı sui-qəsd hazırlayan neonasistlərin saxlanılması və dindirilməsinin videosunu yayıb.
“Unikal” xəbər verir ki, saxlanılanlar hər iki şəxsi Ukrayna Təhlükəsizlik Xidmətinin göstərişi ilə öldürmək istədiklərini deyiblər.
“Mən Paraqraf-88 neonasist qrupunu yaratdım. Bundan sonra Ukrayna Təhlükəsizlik Xidməti ilə əlaqə saxladım. Biz Ukrayna hərbi kəşfiyyatının rəhbəri Budanovla vərəqələr yapışdırdıq. Bundan sonra bizə Marqarita Simonyan və Kseniya Sobçakı öldürmək tapşırığı verildi”, - saxlanılanlardan biri bildirib.
O qeyd edib ki, əvvəlcə kəşfiyyat aparıblar və bunun üçün 20 min rubl alıblar.
“Qətlləri törətmək üçün AK-105 (pulemyot), yarım milyon rubl və Kalaşnikov avtomatının patronları hazırlanmışdı. Bir qətlə görə 1,5 milyon rubl almalıydıq”, - deyə saxlanılan şəxs söyləyib.
Videogörüntülərdə üç gəncin mənzillərdə saxlanması, o cümlədən neonasist simvolları və Ukrayna millətçilərinin rəmzləri götürülüb.
Nuranə Abbasova