"Yuventus" Romelu Lukakunu transfer etməyə yaxındır.

"Unikal" "Corriere dello Sport"a istinadən xəbər verir ki, Turin təmsilçisi belçikalı futbolçu ilə üç illik müqavilə imzalamaqla bağlı razılığa gəlib. O, yeni klubunda ilinə 8 milyon avro qazanacaq.

"Yuventus"  “Çelsi”yə 30 yaşlı oyunçu üçün bonuslar da daxil olmaqla 40 milyon avro ödəyəcək. 

Lukaku ötən mövsüm "İnter"də icarə əsasında çıxış edib.