Rusiya Fövqəladə Hallar Nazirliyinin Krım üzrə Baş İdarəsi Kerç bərə keçidinin fəaliyyətini müvəqqəti dayandırıb .
"Unikal" xəbər verir ki, dayandırmanın səbəbi açıqlanmayıb.
Həmin gün səhər saatlarında Krım körpüsündə gün ərzində 1400 avtomobilin tıxacda toplandığı bildirilirdi .
Bir neçə gün əvvəl Kerç boğazından keçən bərə də fəaliyyətini dayandırıb. Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, bu, güclü külək nəticəsində baş verib.