Azərbaycan paraatleti, ASAPES-in Q119R1 qrupunun IV kurs tələbəsi Lamiyə Vəliyeva Fransanın paytaxtı Parisdə keçirilən paraatletika üzrə dünya çempionatında daha bir qızıl medal qazanıb.
"Unikal" xəbər verir ki, o, 400 metr məsafəyə qaçış yarışının final mərhələsində 55,34 saniyə göstərici ilə bütün rəqiblərini qabaqlayıb.
Xatırladaq ki, Lamiyə Vəliyeva daha öncə 100 metr məsafəyə qaçışda dünya çempionu olmaqla Paris-2024 Yay Paralimpiya Oyunlarına vəsiqəni də təmin edib.