Rusiyada təlim-məşq toplanışı çərçivəsində "Neftçi" bu gün "Spartak"la yoxlama oyunu keçirəcək. 

"Unikal" xəbər verir ki, "Otkrıtiye Bank Arena"da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Komanda iyulun 19-da Bakıya qayıdacaq və hazırlığını paytaxtda davam etdirəcək.

Qeyd edək ki, "Neftçi" Sankt-Peterburqda iştirak etdiyi “Matç TV” turniri çərçivəsində "Fənərbağça"ya 0:1, "Srvena Zvezda"ya 0:4, "Zenit"ə 1:3 hesabı ilə uduzub.