“Sumqayıt” Avropa Klublar Birliyinə (ECA) üzv seçilib.

"Unikal" xəbər verir ki, klubdan verilən məlumata görə, bu barədə ECA-dan müraciət daxil olub.

Bildirilib ki, klub ECA-nın 2023-2027-ci il üçün Assosiativ üzvlüyünə qəbul olunub. Həmçinin, “Sumqayıt” qurumun sentyabrda baş tutacaq Baş Assambleyasına dəvət olunacaq.

Azərbaycan klublarından “Neftçi”, “Qarabağ” və “Qəbələ” də hazırda qurumun üzvləridir.