Bu ilin ilk 6 ayında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “860 Dəstək Xətti”nə məişət zorakılığına məruz qalan 34 kişi müraciət edib.

"Unikal" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

Onun sözlərinə görə, “Dəstək Xətti”nə müraciət edən qadınların sayı isə 112 olub. B.Muradova qeyd edib ki, daxil olan müraciətlərin ümumi sayı 146-dır.

"Müraciətlərin 23,3%-i kişilər, 76,7%-i isə qadınlar tərəfindən edilib. Komitəyə məişət zorakılığı ilə bağlı müraciətlər ötən ilin birinci yarısı ilə müqayisədə 10% artıb", - deyə komitə sədri bildirib.