Keçmiş niderlandlı qapıçı Edvin van der Sar reanimasiyadan evə buraxılıb.
“Unikal” xəbər veriir ki, Van der Sar həyat yoldaşı ilə xəstəxana otağında çəkdirdiyi fotosunu İnstaqram hesabında paylaşıb.
“İlk növbədə dəstək mesajı göndərən hər kəsə təşəkkür edirik. Mən hələ də xəstəxanada olmağıma baxmayaraq, reanimasiyadan çıxdım. Ümid edirəm ki, gələn həftə evə qayıdıb müalicəmin növbəti mərhələsinə keçəcəm”, - deyə keçmiş qapıçı yazıb.
Xatırladaq ki, Edvin van der Sar iyulun 7-də tətilə getdiyi Xorvatiyada beyin qanaxması keçirərək xəstəxanaya yerləşdirilmişdi. O, 3 gün əvvəl ölkəsinə aparılıb.
Nuranə Abbasova