ABŞ-ın Kaliforniya ştatının sakini dünyanın ən yaşlı bodibilderi kimi Ginnesin Rekordlar Kitabına düşüb. 

"Unikal" xəbər verir ki, 90 yaşlı Cim Arrinqton Beynəlxalq Bodibildinq və Fitnes Federasiyasının Peşəkar Liqa yarışmasında iştirak edib.

Arrinqton 70-dən yuxarı kişilər kateqoriyasında üçüncü, 80-dən yuxarı kateqoriyada isə birinci olub.

İdmançının sözlərinə görə, o, 5,5 kq çəki ilə doğulub və həyatının ilk illərində çoxsaylı səhhətində problemlər yaranıb. Onun sözlərinə görə, 15 yaşında ağırlıq qaldırmağa başlayıb və həftədə üç dəfə idman zalında iki saat məşğul olur.