Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfəri zamanı Əbu-Dabi ilə Ankara arasında 50,7 milyard dollarlıq bir sıra əməkdaşlıq sazişləri imzalanıb.

"Unikal" xəbər verir ki, imzalanma mərasimi Ərdoğanın BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşündən sonra baş tutub və bu görüşdə tərəflər yüksək səviyyəli strateji şuranın yaradılması barədə razılığa gəliblər.

Ümumilikdə tərəflər 15 saziş və anlaşma memorandumu imzalayıblar.

Ağarza Elçinoğlu