"Brüsseldə keçirilən görüşdə müzakirə edilən məsələlərdən biri də Ermənistan və Azərbaycan tərəfindən 29,8 min və 86,6 min kvadrat kilometr ərazi bütövlüyünün təsdiqi olub". 

"Unikal" xəbər verir ki,  bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin növbəti iclasında deyib. 

"Sərhədin delimitasiyası 1991-ci il "Almatı" bəyannaməsi əsasında aparılmalıdır və yaxın gələcəkdə biz sərhədin demarkasiyası üzrə işlərin kartoqrafik əsaslarını dəqiqləşdirməliyik", - Paşinyan qeyd edib.

Onun sözlərinə görə, regional kommunikasiyaların açılması tərəflərin suverenliyi, yurisdiksiyası və bərabərliyi prinsipi əsasında baş tutmalıdır.

Gülayə Mecid