“Neftçi” və “Sabah”ın Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibləri bəlli olub..
"Unikal" xəbər verir ki, “Neftçi”nin rəqibi Belarusun “Dinamo” (Minsk) klubunu 2:1 (ilk oyun – 2:2) hesabı ilə məğlub edən Bosniya və Herseqovinanın “Jelezniçar” komandasıdır.
“Sabah” isə Latviyanın RFS komandası ilə üz-üzə gələcək. Latviya təmsilçisi 1-ci təsnifat mərhələsinin cavab görüşündə Şimali Makedoniyanın “Makedoniya” kollektivinə 4:1 hesabı ilə qalib gəlib. Meydan sahibləri ilk görüşdə də rəqibini üstələmişdi – 1:0.
Qeyd edək ki, “Neftçi” və “Sabah” ilk matçını iyulun 27-də səfərdə keçirəcək.