Rusiyada hərbi xidmətə çağırış yaşının artırılması ilə bağlı qanun layihəsində çağırış yaşı hədlərinin 18 yaşdan 30 yaşadək olması nəzərdə tutulur. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının Müdafiə Komitəsi layihənin ikinci oxunuşuna müvafiq düzəlişi dəstəkləyib. 

Komitənin rəhbəri Andrey Kartapolov jurnalistlərə bildirib: "Əsas düzəliş ondan ibarətdir ki, çağırış yaşının yuxarı həddi 30 yaşdır və aşağı həddi 18 yaşda saxlamaq qərara alınıb. Çünki bir çox oğlanlar 18 yaşında gedib xidmət etmək istəyir. İndi onlara belə bir imkan verilib". 

Kartapolov onu da əlavə edib ki, çağırış yaşının 30 yaşa qaldırılması ilə bağlı yeni normalar 2023-cü ilin payız çağırışına təsir etməyəcək: "Qanunun 2024-cü il yanvarın 1-dən qüvvəyə minməsi təklif olunur. Yəni, bütün bu qaydalar payız hərbi xidmətinə aid edilmir". 

Ağarza Elçinoğlu