“Paris Sen-Jermen” klubu Kilian Mbappeyə yeni müqavilə təklif edib.

“Unikal” xəbər verir ki, bu barədə “Defensa Central” məlumat yayıb.

Mənbənin məlumatına görə, fransız klubu ulduz forvard üçün 1 milyard avroluq 10 illik müqavilə təklif edib.

Ötən ilin mayında mətbuatda Mbappenin PSJ ilə 2024-cü ilin yayına qədər qüvvədə olan yeni müqavilə imzaladığı barədə məlumatlar yayılmışdı. Eyni zamanda, digər mənbələr futbolçunun artıq “Real Madrid”lə müqavilə imzaladığını bildirmişdi. 

Nuranə Ababsova