Polşa şərq sahilləri boyunca ABŞ-nin verdiyi “Apache” hücum helikopterlərini yerləşdirəcək.

“Unikal” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşşak deyib. 

“Biz Polşa ordusunu 96 belə helikopterlə təchiz edəcəyik və hətta müqavilənin icrasına qədər Polşa ordusu ABŞ-nin quru qoşunlarının bizə verdiyi bu helikopterlərin səkkizindən istifadə edəcək”, -  Blaşşak deyib. 

Onun sözlərinə görə, Polşanın məqsədi Rusiyadan “hücum”a imkan verməyəcək bir ordu yaratmaqdır.

Nuranə Abbasova