Lionel Messi karyerasında 700-cü qələbəsini qazanıb.
"Unikal" xəbər verir ki, argentinalı futbolçu yubiley qalibiyyətini ABŞ klubu “İnter Mayami”nin heyətində Şimali və Mərkəzi Amerika klublarının iştirakı ilə keçirilən Liqa Kubokunda “Krus Asul”la (Meksika) görüşdə qazanıb.
Məhz onun 90+4-cü dəqiqədə cərimə zərbəsindən vurduğu qol “İnter Mayami”yə (2:1) qrupun ilk görüşündə 3 xal qazandırıb.
Beləliklə, Messi dünya futbol tarixində portuqaliyalı Kriştianu Ronaldudan sonra 700 qələbə həddinə çatan ikinci oyunçu olub. 36 yaşlı hücumçu 1029 görüşdə bu nailiyyətə imza atıbsa, Ronaldu 1168 qarşılaşmada 765 qalibiyyət sevinci yaşayıb.