"Vaqner" özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin döyüşçülərinin yerləşdiyi Belarusda "Concord Management and Consulting" adlı şirkətini qeydiyyatdan keçirib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, şirkət bundan əvvəl Sankt-Peterburqda qeydiyyatdan keçmişdi.
Belarus Hüquqi Şəxslərin Dövlət Reyestrinin məlumatlarından aydın olur ki, Priqojin yuxarıda adı çəkilən şirkəti iyulun 19-da qeydiyyatdan keçirib.
Onun biznes sahəsi daşınmaz əmlakın idarə edilməsidir.
Ağarza Elçinoğlu