Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyaya gedib.
"Unikal" BELTA-ya istinadla xəbər verir ki, o, Sankt-Peterburqda rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.
Tərəflər iyulun 23-də danışıqlar aparacaq: "Danışıqların gündəliyi müəyyən edilib, müzakirə olunacaq çoxlu məsələlər var. Onların arasında təhlükəsizlik, beynəlxalq gündəm, iqtisadi əməkdaşlıq, qanunsuz sanksiyalar təzyiqinə qarşı mübarizə və s. var".
Qeyd edək ki, Lukaşenko iyulun 21-də xarici və belarus jurnalistləri ilə görüşdə Putinlə danışıqlara hazır olduğunu açıqlamışdı.
Ağarza Elçinoğlu