Qətər əmiri Sultan bin Səlmin əl-Mənsurini Birləşmiş Ərəb Əmirliklərinə yeni səfir təyin edib.

"Unikal" xəbər verir ki, müvafiq fərman əmirin dəftərxanasının saytında dərc olunub.

“Sultan bin Səlmin əl-Mənsurinin BƏƏ-də fövqəladə və səlahiyyətli səfir təyin edilməsi”, - sənəddə deyilir. Fərman dərc edildiyi gündən qüvvəyə minir. Qətər hakimiyyəti 2017-ci ildə Doha ilə Əbu-Dabi arasında diplomatik münasibətlərin kəsilməsindən sonra ilk dəfə BƏƏ-yə səfir təyin etmək qərarına gəlib