Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Türkiyə Respublikasının Daxili İşlər Nazirliyindən daxil olan məlumat əsasında ölkəmizdə FETÖ ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirləri keçirib.

DİN-dən "Unikal"a verilən məlumata görə, tədbirlərlə saxlanılan 5 nəfərdən biri Q.İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə verib. Həmin ifadə əsasında Q.İbadoğlunun ofisində axtarış aparılıb, iş üzrə zəruri əhəmiyyət kəsb edən sənədlər aşkarlanıb və Q.İbadoğlu saxlanılıb.

Hazırda tədbirlər davam etdirilir.

10:32

Q.İbadoğlunun həyat yoldaşı saxlanılmayıb.

"Unikal" xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin əməkdaşı Anar Qafarov bildirib."İddialar əsassızdır", - deyə nazirlik rəsmisi bildirib.

18:49

Sosial şəbəkələrdə Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun saxlanılması ilə bağlı məlumat yayılıb.

"Unikal" xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin əməkdaşı Anar Qafarov bildirib ki, Q. İbadoğlu daxil olmuş müraciətlə əlaqədar vəkili Zibeydə Sadıqova ilə birgə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib.

Qeyd edilib ki, araşdırma aparılır.

Əlavə məlumat veriləcək.