Azərbaycan Dillər Universitetinin tarixində ilk dəfə olaraq magistratura səviyyəsi üzrə I turla tələbə qəbulu 95,2% olub. 

Bu barədə "Unikal"a Universitetdən məlumat verilib. 

Bildirilir ki, ADU-da 2018-2019-cu tədris ilində 71%, 2019-2020-ci tədris ilində 74%, 2020-2021-ci tədris ilində 84,2%,  2021-2022-ci tədris ilində 88,7%. 2022-2023-cü tədris ilində isə magistr səviyyəsi üzrə qəbul 95,2 %  təşkil edib.