Mövlam Məmmədismayıl oğlu Şixəliyev general-mayor ali hərbi rütbəsindən, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenindən, “Vətən uğrunda” və “Hərbi xidmətlərə görə” medallarından məhrum edilib.

"Unikal" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Həmçinin, aşağıdakı şəxslər “Vətən uğrunda” medalından məhrum olunub:

Sahib Yunus oğlu Ələkbərov;

Yasin Seyfulla oğlu Məmmədov.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.