ABŞ-ın keçmiş prezidenti Barak Obamanın şəxsi aşpazı göldə ölü tapılıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,  aşpazın cəsədi Massaçusets ştatındakı Martha's Vineyard kurort zonasında keçmiş prezidentin ailəsinin evinin yaxınlığındakı göldə aşkarlanıb.  

Məlumata görə, 45 yaşlı Tafari Kempbell Obama ailəsinin şəxsi aşpazı olub. O, bundan əvvəl Ağ Evdə çalışıb.

Obama "son dərəcə mehriban” aşpaz Tafari Kempbellin ölümündən məyus olduğunu bildirib.  

Aşpazın ölümü ilə bağlı araşdırma aparılır.  

Gülayə Mecid