Bu il Azərbaycanda orta məktəbi bitirən 126 şagird qızıl, 95-i isə gümüş medalla təltif olunub. Muxtar respublika üzrə 2022-2023-cü tədris ilində ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuraraq qızıl və gümüş nişanlara layiq görülən məzunların da sayı açıqlanıb.

"Unikal" xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən məumat verilib.

Bildirilib ki, ötən tədris ilində muxtar respublikada XI sinfi bitirən 20 məzun qızıl, 24 məzun isə gümüş nişanla təltif olunub.

Qeyd edək ki, qızıl və gümüş nişanla təltif olunmuş təhsilalanların adları oxuduqları məktəbin “Şərəf kitabı”na yazılacaq.