Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə edilir.

Bu barədə "Unikal"a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Hal-hazırda yollardakı vəziyyət:

1. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;

3. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.