Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 11:03-də Lənkəran stansiyasından 20 km şimal-qərbdə, Lənkəran rayonunda zəlzələ qeydə alınıb.
Bu barədə "Unikal"a Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Bildirilib ki, yeraltı təkanın maqnitudası 4.8, dərinliyi isə 5 km olub.
Zəlzələ episentrdə 5, ətraf rayonlarda 5-3 bala kimi hiss olunub.