"Toplanıb birlikdə bəyanat verdik ki, biz birləşirik". 
 
Bunu "Unikal"a Xalq artisti Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birləşməsi haqqında açıqlamasında deyib. 

AKİ sədri qeyd edib ki, birləşdirilən ittifaqa kimin rəhbərlik edəcəyi ilə bağlı müzakirə olunmayıb: "Bu barədə hələ düşünülmür. Yəqin ki, ya toplantı, ya da seçki yolu ilə olacaq. Yəni bu barədə danışılmayıb. Hazırda birləşməyimiz üçün texniki problemlər var, öncə onları həll edəcəyik. Hələ tam birləşməmişik, o dəqiqə birləşmək olmur axı". 

Rasim Balayev növbəti toplantının nə zaman keçiriləcəyinin müzakirə edilmədiyini bildirib. 

Ağarza Elçinoğlu