Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin  hərbi qulluqçusu, əsgər Əyyubov Telman Məhəmməd oğlunun odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə  Qubadlı hərbi prokurorluğuna məlumat daxil olub.

"Unikal" xəbər verir ki, daxil olmuş məlumat əsasında prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, eləcə də digər hərəkətlər icra edilib.

Fakt üzrə Qubadlı hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır.

***

15:35

Azərbaycanda əsgər özünə qəsd edib.

"Unikal"ın əldə etdiyi məlumata görə, hadisə Laçın rayonunda qeydə alınıb.

Belə ki, Qazax rayonu Daş Salahlı kənd sakini, 2004-cü il təvəllüdlü əsgər Eyyubov Telman Məhəmməd oğlu özünü güllələyərək öldürüb.

Seymur Əli