Dörd kişiyə qarşı cinsi təcavüz də daxil olmaqla, 12 maddə üzrə İngiltərədə mühakimə olunan “Oskar”lı aktyor Kevin Speysinin günahsızlığı sübuta yetirilib.
“Unikal” xarici mediaya istinadən xəbər verir ki, ona qarşı irəli sürülən ittihamları rədd edən Speysi təqsirli bilinməyib. 64 yaşlı aktyor məhkəmə zalını göz yaşları içində tərk edib.
Kevin jurnalistlərə açıqlamasında haqqında əsassız ittihamların yayılmasında ona qara yaxanların fikirlərini işıqlandıran medianın rol oynadığını bildirib.
Nuranə Abbasova