Lerikdə dəhşət: bəbir 18 yaşlı qızı parçaladı


Bu gün Lerik rayonunda hamını şoka salan hadisə baş verib.

AzNews.az-a daxil olan məlumata görə, rayonun Hamarmeşə kəndində görünməmiş faciəvi hadisə baş verib. Belə ki, kənd ərazisində nadir heyvan sayılan bəbir peyda olub və 18 yaşlı bir qızı parçalayıb. Qızın adını da dəqiqləşdirmişik: Xurşun Adıgözəlova. Kənd sakinlərinin sözlərinə görə, vəhşi qızın qollarını, budunu və sağ qulağını yeyib.

Məlumatda o da deyilir ki, hadisə yerinə rayon rəhbərliyi ilə yanaşı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları da cəlb olunublar.

Məlumat üçün deyək ki, bundan əvvəl də sözügedən kəndə vəhşi heyvan basqınları olub və onlarla ailənin ev heyvanları tələf olub.