Müğənni Beyonsun anası, amerikalı modelyer Tina Noulz səkkiz illik evliliyindən sonra ikinci əri, aktyor Riçard Lousondan boşanır. 

“Unikal” xarici mediaya istinadən xəbər verir ki, 69 yaşlı Tina artıq məhkəməyə ərizə verib. O, boşanmasına səbəb kimi fikir ayrılığını göstərib. Tina social şəbəkədə soyadını da Lousondan Noulza dəyişib. 

Tina Noulz və Riçard Louson 2015-ci ildə evləniblər. Bundan əvvəl modelyer Beyonsenin atası Metyu Noulzla 31 il evli olub. Metyu Noulsun 2010-cu ildə aktrisa Aleksandra Uaytdan oğlu olandan sonra müğənninin valideynləri boşanıb.

Nuranə Abbasova