Məşhur amerikalı reper Tupak Şakurun üzüyü hərracda rekord məbləğə satılıb.
“Unikal” xarici KİV-ə istinadla xəbər verir ki, 1996-cı ildə reperin xüsusi sifarişi ilə hazırlanan tac formalı üzük 1 milyon dollara satılıb. Üzüyün 200-300 min civarında satılması gözlənilirdi.
Xatırladaq ki, dünyaşöhrətli reper T.Şakur 1996-cı ildə ABŞ-ın Las-Veqas şəhərində silahlı atışma nəticəsində 25 yaşında dünyasını dəyişib. Qısa müddətli karyerasına baxmayaraq, Tupak 75 milyon albom satışı ilə hip-hopun ən reytinqli reperinə çevrilib. O, həmçinin Şərq və Qərb reperləri arasında hip-hopun simvolu hesab olunur.