Türkiyə Mərkəzi Bankı 2023-cü ilin sonu üçün inflyasiya proqnozunu 58 faizə qaldırıb. 

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Mərkəzi Bankının sədri Hafize Gaye Erkan açıqlayıb. 

Onun sözlərinə görə, bu rəqəm 2024-cü il sonu 33%-ə, 2025-ci ilin sonuna kimi 15%-ə enəcək: "Qısa müddətdə inflyasiya müvəqqəti yüksəliş göstərəcək. Qərarlarımızın müsbət təsirlərini 2023-cü ilin sonunda hiss etməyə başlayacağıq. Ölkəmizdə ötən ilin oktyabrda pik həddə çatan inflyasiya 85,5 faizdən cari ilin iyun ayında 38,2 faizə düşüb".

Ağarza Elçinoğlu