“Neftçi” 2023/24 mövsümünə mübarizəyə avrokuboklarda start verib.
"Unikal" xəbər verir ki, Bakı klubu Konfrans Liqasında ilk oyununu keçirib.
Turnirə II təsnifat mərhələsindən qoşulan “ağ-qaralar” “Jelezniçar”ın qonağı olub. Bosniya və Herseqovinadakı “Qrbavitsa” stadionunda keçirilən qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
Matç yeni baş məşqçi Adrian Mutunun postundakı ilk rəsmi sınağı kimi tarixə düşüb. Birinci hissədə qapılara üç top vurulub. “Neftçi” fasilədən sonra bütün komanda ilə hücuma atılıb. Rəhman Hacıyev əsas vaxta əlavə olunmuş 5-ci dəqiqədə uzaqdan zərbə ilə bərabərlik qolunu vurub.
Qeyd edək ki, cavab oyunu avqustun 3-də baş tutacaq.