Pakistanda iyunun 25-dən bəri davam edən musson yağışlarının səbəb olduğu fəlakət və qəzalarda həyatını itirənlərin sayının 169-a çatdığı bildirilib.

"Unikal" xəbər verir ki, Milli Fəlakətlərin İdarə Olunması Agentliyindən verilən açıqlamaya görə, musson yağışları ölkə daxilində həyata mənfi təsir edib.

İyunun 25-dən bəri ölkədə yağan təsirli musson yağışları nəticəsində baş verən fəlakətlər və qəzalar Pəncabda 67, Xeyber Paxtunxvada 47, Sinddə 21, İslamabadda 11, Bəlucistanda 10, Azad Cammu Kəşmir və Gilgitdə 8, Baltistanda 5 nəfər dünyasını dəyişib.

Pakistanda həyatını itirənlərin sayı 169-a, yaralıların sayı isə 256-ya yüksəlib.

Yağışlar nəticəsində 1162 ev tamamilə dağılıb, 242 ev qismən dağılıb, 374 təsərrüfat heyvanı tələf olub.

Hər il iyun-sentyabr aylarında yağan musson yağışları Pakistana böyük ziyan vurur.